Mayın 1-də saat 17:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci tələbələrinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konserti keçiriləcək.
Musiqi axşamı Mədəniyyət Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Musiqi Kolleci, Nəsimi Rayon İcra Hakimiyyəti və filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.
Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Qeyd edək ki, konsertin media dəstəkçiləri arasında “Mədəniyyət” qəzeti də var.