Beynəlxalq Muğam Mərkəzində “Baharın harmoniyası” adlı konsert keçirilib. Konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri təqdim edilib.
Gecədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri Zərif Kərimova, Oksana Gül, Gülşən Mehdiyeva (piano) və Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Nərgiz Əliyeva (fleyta) çıxış ediblər.
Dörd xanım ifaçı səhnədə bir-birindən rəngarəng ifalarla tamaşaçıların könlünü oxşayıblar. Konsertin adına uyğun bahar harmoniyalı həmahəng musiqi nömrələri və ifalar bir daha qadın zövqünün incəliyini səhnədən zala ötürüb. Tamaşaçılar ifaçıları gurultulu alqışlarla qarşılayıblar.