Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 33 nömrəli Uşaq musiqi məktəbinin violin ixtisası üzrə III sinif şagirdi Aleksey Dzyuba (müəllim – Rüfət Manafov və konsertmeyster Elmira Mehtiyeva) görkəmli rus pianoçusu və pedaqoqu Yelena Fabianovna Qnesinanın (1874–1967) 150 illiyinə həsr olunmuş musiqiçi-ifaçıların və bəstəkarların “Romantizm: mənşəyi və üfüqləri” adlı XIV Beynəlxalq müsabiqəsində uğurla iştirak edib.
Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə Aleksey Dzyuba uğurla iştirak edərək I dərəcəli diploma layiq görülüb.
***
A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri Türkiyənin “Caspi Art Sanat və Sanatsal Egitim Hizmetleri” TİC.LTD.ŞTİ-nin təşkilatçılığı ilə onlayn keçirilən "CA Art World” adlı XIV Beynəlxalq musiqi müsabiqəsində uğur qazanıblar.
Müsabiqənin nəticələrinə əsasən, məktəbin tar ixtisası üzrə II sinif şagirdi Rəşad Məmmədli, qanun ixtisası üzrə III sinif şagirdi Məryəm Qarazadə, V sinif şagirdləri Əkbər Cavadzadə, Cavidan Vəliyev I dərəcəli diploma, kamança ixtisası üzrə II sinif şagirdi Ziya Məmmədli II dərəcəli diploma layiq görülüblər.
Müəllimlər Həqiqət Abbasova, Samir Şahbəddinov, Şəhla Məmmədova, Natavan Bədəlova təşəkkürnamə ilə təltif ediliblər.