Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Ulu öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” adlı tədbir keçirilib.
Aprelin 29-da təşkil olunan tədbirdə rəsmilər, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar öncə mərkəzin Muzey bölməsi ilə tanış olublar. Burada onlara bələdçi tərəfindən Ulu öndər Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər haqqında ətraflı məlumat verilib.
Çıxış edənlər bildiriblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı müstəsna xidmətlər göstərib.
Sonda iştirakçılar mərkəzin foyesində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilmiş rəsm sərgisi ilə tanış olublar.