1-3 may tarixlərində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 100-dən çox ölkəni təmsil edən 700 qonağı bir araya gətirib.
Bakı Konqres Mərkəzində rəsmi açılış mərasimindən sonra Forum 4 plenar sessiya ilə işini davam etdirib. Müxtəlif mövzularda 12 panel təşkil edilib:
“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu”; “Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar”; “Süni intellekt – təhdid, yoxsa imkan?”; “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: qlobal inkişafa doğru”; “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?”; “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi”; “Müasir inkişaf tendensiyalarının və iqtisadi müxtəlifliyin təmin edilməsində mədəni və yaradıcı sənayelərin əhəmiyyəti”; “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi”; “Üfüqləri birləşdirərək: “İpək Yolu” proqramının müasir trendləri və qlobal təsiri”; “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi”; “Peace4Culture” qlobal çağırışı: Mərkəzi Asiya və Qafqazda BMTSA Gənc Sülh Qurucuları Proqramının işə salınması”; “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı”.