Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli qərarı ilə hər il may 3-də Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu günlə əlaqədar Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.