Mayın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayı 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Torpağı şəfalı Azərbaycanım” adlı tamaşa təqdim edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
İlk olaraq 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin istedadlı üzvlərinin əl işləri nümayiş olunub.
Sonra Əməkdar artist Elnur Hüseynovun quruluşçu rejissoru olduğu “Torpağı şəfalı Azərbaycanım” tamaşası nümayiş etdirilib.
Tamaşada həmçinin sarayın “Lalələr” rəqs ansamblı çıxış edib.
Sonda tamaşa iştirakçılarına Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və təşəkkürnamələr təqdim olunub.