M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində beynəlxalq müsabiqələr laureatı Nuray Həsənlinin (piano) solo konserti keçirilib.
Aprelin 30-da gerçəkləşən musiqi axşamında ifaçını Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kiçik heyəti müşayiət edib.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatı Surə Rüfət (violin) Nurayla birgə səhnəni bölüşüb.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilən “Gənclərə dəstək” layihəsinin məqsədi ölkəmizdə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir.
Layihənin ideya müəllifi və bədii rəhbəri filarmoniyanın direktoru Xalq artisti Murad Adıgözəlzadə, layihənin koordinatoru direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.