Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində beynəlxalq və respublika müsabiqələri laureatı, ifaçı-pedaqoq Humay Aslanovanın "Humayla" adlı ilk solo konserti keçirildi. Konsert Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuşdu.

Bu il səhnə fəaliyyətinin 30 illiyini qeyd edən ifaçı tamaşaçılarla görüşə rəngarəng proqramla gəlmişdi. Ulu öndərin sevdiyi mahnılar silsiləsindən “Alagöz”, Azərbaycan xalq mahnıları, yerli və xarici estrada kompozisiyalarının təqdim olunduğu proqramda illərin sevilən hitləri tamaşaçıların alqışları ilə qarşılandı.

Konsertdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları da çıxış etdilər. Qeyd edək ki, mərkəzdə musiqi (vokal) istiqaməti üzrə təlimçi kimi çalışan Humay Aslanova həssas qruplardan olan şəxslərlə təcrübəsini bölüşür. İlk solo konsertində müğənni mərkəzdəki istedadlı yetirmələri ilə eyni səhnəni paylaşırdı. Onların birlikdə ifa etdiyi "Ay Laçın" mahnısı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.

Lalə