Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ) və Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının birgə təşkilatçılığı ilə yazıçı İkinci Mahmudun (Mahmud İsmayıl oğlu Ağakişiyev; 1986–2019) xatirəsinə ithaf olunan kitabın təqdimatı keçirilib.

“Hophopnamə” kitab mərkəzində gerçəkləşən tədbirdə RMİ-nin rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Mərasimdə BP şirkətinin “Azərbaycanın ədəbi gəncliyini dəstəkləyirik” layihəsi əsasında nəşr olunmuş kitablar təqdim olunub. Layihədə şairlərdən Fərid Hüseynin “Bəyaz ləkə”, Şəhriyar del Geraninin “Özümdən məşhur şeirlər”, yazıçılardan İkinci Mahmudun “Yersiz ölüm” və Ömər Xəyyamın “Bizim atalarımız, bizim analarımız” kitabları işıq üzü görüb.

Çıxış edən yazarlar ədəbiyyat, mütaliə, mədəniyyət və sənət haqqında fikirlərini bölüşüb, oxucuların suallarını cavablandırıb, məhrum həmkarları haqqında xatirələrini bölüşüblər.

Nurəddin