Qazaxıstanda Fərabi Beynəlxalq Tələbə Filmləri Festivalı keçirilib. Festivalda TÜRKSOY-a üzv olan ölkələrin kino və media fakültələrinin tələbələrinin bədii və sənədli filmləri yarışıb.
Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə ölkəmiz də festivalda təmsil olunub. Azərbaycandan festivala göndərilən iki ekran işi – rejissorlar Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” və Mixail Abdulovun “Lent” filmləri “Ən yaxşı müəllif filmi” və “Ən yaxşı aktyor dueti” nominasiya üzrə qalib olub.