Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə təqdim etdiyi "Üzbəüz" layihəsi davam edir.
Layihənin məqsədi mədəniyyətin müxtəlif sahələrində çalışan tanınmış şəxsiyyətlərlə görüşlərin təşkil olunmasıdır.
Layihənin növbəti qonağı tanınmış bəstəkar, Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti, professor Siyavuş Kərimi olub.
Görüşdə qonaq Gəncə-Daşkəsən RMİ-nin tabeliyində olan musiqi məktəblərinin direktor və müəllim heyəti ilə musiqi məktəblərinin fəaliyyəti, tədrisin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.
Nurəddin