Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində "Bu şəhərdə" komandasının üzvləri, aktyorlar – Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və ssenarist Müşfiq Abbasovla görüş keçirilib.
Bildirilib ki, "Bu şəhərdə" komandasının həm televiziyada yayımlanan komediya filmləri, həm də silsilə konsertləri və yumoristik səhnəcikləri tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Aktyorlar çıxışlarında həyat və fəaliyyətlərindən, konsert proqramlarından, gələcək layihələrindən danışıblar.
Görüş zamanı tamaşaçılara gülüş dolu anlar yaşadan aktyorlar tədbir iştirakçılarının suallarını cavablandırıblar.