Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Tarix yaradan şəxsiyyət” adlı dəyirmi masa keçirilib.
Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, rayon ziyalıları və məktəblilər iştirak ediblər.
Çıxışçılar müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin milli dövlətçilik maraqlarına xidmət edən fəaliyyətindən, uzaqgörən siyasəti nəticəsində respublikamızın qədəm qoyduğu hərtərəfli və dinamik inkişaf yolundan danışıblar. Bildirilib ki, xalqımız Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və ehtiramla anır.
Sonda “Heydər Əliyev – müdriklik zirvəsi” adlı videoçarx nümayiş olunub.