Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Əliyevanın “Güllərin harmoniyası” adlı fərdi sərgisi keçirilib.

Tədbirin aparıcısı rəssamın yaradıcılığı haqqında məlumat verib. Daha sonra çıxış edənlər gənc rəssama gələcək fəaliyyətində uğurlar arzulayıblar.

4 nömrəli Uşaq incəsənət məktəbi şagirdlərinin çıxışları, bəstəkar, pianoçu Əsmər Behbudovanın canlı ifasında əsərlər, “Lalələr” rəqs ansamblının təqdim etdiyi rəqslər tamaşaçıların ruhunu oxşayıb.

Sonda sərgidə nümayiş olunan rəsm əsərlərini böyük maraqla seyr edən tədbir iştirakçıları öz təəssüratlarını bildiriblər.