Azərbaycan Yazıçılar Birliyi (AYB) Quba bölməsinin rəhbəri, tanımış şair, publisist Ramiz Qusarçaylı (Ramiz Mürsəl oğlu Həmzəyev) Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Şair ədəbiyyat sahəsində səmərəli fəaliyyətinə görə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu təltifə layiq görülüb.

Mayın 10-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində bu münasibətlə keçirilən tədbirdə  keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin məsul işçiləri, Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, AYB Quba bölməsini təmsil edən şair və yazıçılar, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının müəllimləri iştirak ediblər.

Çıxış edənlər Ramiz Qusarçaylı yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən danışıblar. Qeyd olunub ki, Vətən mövzusu şairin yaradıcılığında özünəməxsus yer tutur. 

Şair yaradıcılığını yüksək qiymətləndirdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib: “Bu təltifi bölgəmizin ədəbi mühitinə, burada yaşayıb-yaradan bütün vətənpərvər ziyalılara göstərilən etimad və dəyər kimi qəbul edir, hörmətli nazirimizə bölgə yazarları adından və öz adımdan dərin təşəkkürümü bildirirəm”.