Şair ədəbiyyat sahəsində səmərəli fəaliyyətinə görə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu təltifə layiq görülüb.
Mayın 10-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində bu münasibətlə keçirilən tədbirdə keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin məsul işçiləri, Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, AYB Quba bölməsini təmsil edən şair və yazıçılar, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının müəllimləri iştirak ediblər.
Çıxış edənlər Ramiz Qusarçaylı yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən danışıblar. Qeyd olunub ki, Vətən mövzusu şairin yaradıcılığında özünəməxsus yer tutur.
Şair yaradıcılığını yüksək qiymətləndirdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib: “Bu təltifi bölgəmizin ədəbi mühitinə, burada yaşayıb-yaradan bütün vətənpərvər ziyalılara göstərilən etimad və dəyər kimi qəbul edir, hörmətli nazirimizə bölgə yazarları adından və öz adımdan dərin təşəkkürümü bildirirəm”.