Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan S.Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri Moskvada onlayn keçirilən “Bahar ilhamı” (“Весенеe вдохновение”) adlı III beynəlxalq çoxjanrlı müsabiqə-festivalda iştirak ediblər.

Məktəbin kamança ixtisası üzrə II sinif şagirdi Nuray Qafarova, III sinif şagirdi Cavidan Məmmədov (müəllim M.Rəhimov), qarmon ixtisası üzrə V sinif şagirdi Əli Sərkərli (müəllim R.Bəhramzadə), qanun ixtisası üzrə III sinif şagirdi Cəmilə Bəşirova (müəllim K.Nuri), tar ixtisası üzrə II sinif şagirdi Turan Həsənli, IV sinif şagirdi Həsən Həsənli, V sinif şagirdi Rəvan Eyyubov (müəllim R.Məmmədov), violin ixtisası üzrə II sinif şagirdi Qurban Nəsirli (müəllim E.Hacıyev), fortepiano ixtisası üzrə VI sinif şagirdi Fatimə Məmmədzadə (müəllim T.Qəhrəmanova), IV sinif şagirdi Biter Cəmrə və VII sinif şagirdi Xədicə Əhmədova (müəllim N.Əliyeva) uğurla çıxış edərək I dərəcəli diploma layiq görülüblər.

***

Baş idarənin A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbinin bir qrup şagirdi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində keçirilən Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçılarının və xanəndələrin respublika festival-müsabiqəsində uğur qazanıb.

Tar ixtisası üzrə V sinif şagirdi Cavidan Vəliyev (müəllim H.Abbasova), II sinif şagirdi Rəşad Məmmədli (müəllim S.Şahbəddinov) I yerə, balaban ixtisası üzrə III sinif şagirdi Cavid Zeynallı (müəllim Z.Abdullayev) II yerə, kamança ixtisası üzrə II sinif şagirdi Ziya Məmmədli (müəllim N.Bədəlova) III yerə layiq görülüblər. Qanun ixtisası üzrə III sinif şagirdi Məryəm Qarazadə (müəllim Ş.Məmmədova) isə müsabiqənin fəxri fərmanı ilə təltif olunub.