Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinə ekskursiyalar davam edir.
Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 319 nömrəli tam orta məktəbin şagirdlərinin, Qaradağ rayon məktəblilərinin, Tikinti və Quraşdırma üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi tələbələrinin, Yasamal rayon Heydər Əliyev Mərkəzinə isə Azərbaycan Dövlət Pedaqoji Kolleci tələbələrinin, 52 nömrəli tam orta məktəbin şagirdlərinin, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası əməkdaşlarının ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı çıxış edənlər ömrünü xalqına, Azərbaycanın inkişafına həsr edən, misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşən Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dönəmində təhsil sahəsinə diqqət və qayğısından danışılıb.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin foyesində qonaqlar mərkəzin bərpaçı rəssamı Vəfa Sadıqovanın Ulu öndərə həsr etdiyi sərgi ilə tanış olublar, həmçinin “Heydər Əliyev – tarix yazan dahi şəxsiyyət” adlı mühazirə dinlənilib.
Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə Ümummilli liderə həsr olunan “Xalqın adamı” adlı sənədli film nümayiş olunub.