Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbi və Azərbaycandakı Polşa diasporunun birgə təşkilatçılığı ilə bu ölkənin Bayraq Günü münasibətilə musiqili tədbir keçirilib.
Polşanın ölkəmizdəki səfiri Rafał Poborski, rəsmilər, musiqi məktəbinin kollektivi və digər şəxslərin iştirak etdiyi tədbirdə iki dövlət arasında olan mədəni və dostluq əlaqələrindən danışılıb.
Sonra məktəbin şagirdləri dahi Polşa bəstəkarı Frederik Şopenin əsərlərini yüksək professionallıqla ifa ediblər. Kiçik xor kollektivinin çıxışları, həmçinin məktəbin şagirdi Həbib Şıxəliyevin tarda Polşa xalq musiqilərini məharətlə ifa etməsi qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə eyni zamanda Polşa diasporu tərkibində fəaliyyət göstərən xor folklor nömrələrini səsləndirib və bu ölkənin Dövlət Himnini ifa edib.