Mayın 21-də saat 18:00-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova sərgi salonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Portal – 13" adlı qrup sərgisinin açılışı keçiriləcək.

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, “Karvan Art Qrup”un təşkilatçılığı ilə gerçəkləşən sərgidə ölkəmizin tanınmış rəssamlarının ətraf mühit məsələlərinə həsr olunan əsərləri nümayiş etdiriləcək.

"Portal – 13" sərgisi mayın 26-dək ziyarət üçün açıq olacaq.