Azərbaycan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələr arasında təşkil olunan bilik yarışının qalibləri mükafatlandırılıb.

Yarışda 8 komanda (“Ekologiya”, “Green Guardians”, “Flora Force”, “Harmoniya”, “Yaşıl gələcək”, “Yaşıl planet”, “Xarıbülbül”, “Yaşıl dünyamız”) iştirak edib. Hər komanda 1 nəfər kapitan olmaqla 5 üzvdən ibarət olub. “Green Guardians” komandası qalib elan edilib.

Komandanın kapitanı Şirxan Aslanov (Dövlət və ictimai münasibətlər, III kurs), üzvlər Əlağa Əzizli (dövlət və ictimai münasibətlər, III kurs), Marina Nasibova (maliyyə – tədris ingilis dilində, IV kurs), Cümşüd Ələkbərov (biznesin idarə edilməsi – tədris ingilis dilində, IV kurs) və Eltun Xudiyev (informasiya təhlükəsizliyi – tədris ingilis dilində, I kurs) kubok, sertifikat və hədiyyə ilə təltif olunublar. 

Qeyd edək ki, bilik yarışı tələbələrin ekoloji savadlılığının artırılması, iqlim dəyişmələrinin ortaya çıxardığı fəsadlar və təhlükələr haqqında məlumat əldə etmələrini təmin etmək və onları bu sahədəki mövcud ədəbiyyatı mütaliəyə yönləndirmək məqsədilə təşkil olunub.