Mayın 19-da saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aşıq Ramin Qarayevin “Sazımda-avazımda” adlı solo konserti keçiriləcək.
Konsert Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Konsertdə səslənəcək aşıq musiqisinin qəhrəmanlıq ruhlu nümunələri – “Mənsuri” və “Koroğlu” havaları ilk dəfə tanınmış bəstəkar Sevda Rəhimova tərəfindən işlənib. Bu aşıq havaları Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqovanın bədii rəhbəri olduğu kamera orkestri və Elman İbrahiminin rəhbərlik etdiyi "Bakı-Təbriz" qrupunun müşayiəti ilə təqdim olunacaq.
Xalq artisti Alim Qasımov və aşıq Məhsəti Azaflının qonaq qismində qatılacağı musiqi axşamını Qorxmaz Tofiqoğlu aparacaq.