Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Ustadlara ithaf” adlı duet-konsert keçirilib.

Filarmoniyadan bildirilib ki, musiqili gecədə solistlər Beynəlxalq müsabiqələr laureatları Anastasiya Vedyakova və Kazuki Nişimon musiqi nömrələri ilə çıxış edib.

Proqramda J.S.Bax, İ.Xandoşkin, M.Qlinka, F.Şopen, P.Sarasate, N.Rimski-Korsakov, R.Qlier, S.Prokofyev, H.Kunihiko, Q.Qarayev, S.Slonimski, İ.Frolov, F.Qarayev və A.Vedyakovanın müxtəlif əsərləri səslənib.