Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsinin iştirakı ilə Quba rayonuna ekotur təşkil olunub. Aksiyaya ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Sevda Tağıyeva, dosent Şükufə Cabarova və Pakistanın ölkəmizdəki səfirliyinin əməkdaşı Vüsal Hümbətzadə də qatılıb.
Qubanın Qəçrəş və Təngəaltı istirahət zonalarında tur rəhbərləri və tələbələr ekoloji problemlərlə bağlı müzakirə aparıblar.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya edilib.
Muzeydə 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsi anılıb.