18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Bülbülün Memorial Muzeyində tədbir keçirilib.

Muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq əlamətdar günün tarixi haqqında məlumat verib, həmkarlarını və muzeysevərləri bayram münasibətilə təbrik edib.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.