Mayın 18-də Azərbaycan İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr edilmiş konsert proqramı olub.
Muzeydən bildirilib ki, “Açıq qapı” günündə Uşaq İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən İnklüziv Art Studionun uşaqları fərqli ifalarla çıxış edib, onların çəkdiyi rəsm əsərləri sərgilənib.
Ziyarətçilərə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni əks etdirən tarixi eksponatlar haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, bu il Beynəlxalq Muzeylər Gününün mövzusu “Muzeylər, təhsil və tədqiqat”dır. O, hərtərəfli təhsil təcrübəsinin təmin edilməsində mədəniyyət müəssisələrinin mühüm rolunu vurğulayır və daha şüurlu, dayanıqlı və inklüziv bir dünyanın yaradılmasına təkan verir.