Milli Kitabxanada Mədəniyyət Nazirliyi idarələrinin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərinin (MKS) mütəxəssisləri üçün KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar treninqlər keçirilir.

15–18 tarixlərində keçirilən treninqə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki MKS mütəxəssisləri cəlb olunublar.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov və Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxış ediblər.

Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan KOHA proqramı dünyanın 70-dən çox ölkəsində tətbiq olunur. KOHA proqramının şəhər və rayon kitabxanalarında tətbiqi Milli Kitabxananın zəngin fondundan istifadə etmə imkanı verərək oxuculara xidməti operativləşdirmək, asanlaşdırmaq və kifayət qədər sürətləndirmək imkanı yaradacaq.

Mayın 20-də Milli Kitabxanada KOHA proqramı üzrə növbəti qrup üçün treninq başlanıb. Treninqdə Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhər, Abşeron, Xızı rayon MKS-lər və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan MKS-lərin mütəxəssisləri iştirak edirlər. Treninq mayın 23-dək davam edəcək.