Şirvan-Salyan RMİ və Biləsuvar Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gənc rəssam Lalə Hüseynovanın “Rənglərin harmoniyası” adlı fərdi sərgisi açılıb.

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən sərgidə rayonun icra başçısı Faiq Qürbətov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, Milli Xalça Muzeyi və Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları, rəssamlar iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dövlət Rəssamlıq Akademiyasının müəllimi Lalə Hüseynovanın rənglər dünyasından söhbət açıblar.

Lalə Hüseynova sərginin təşkilinə görə əməyi keçən hər kəsə təşəkkür edib. Sonra sərgiyə baxış olub.

Salyan rayon Mədəniyyət Mərkəzinin Əməkdar artist Həsənağa Sadıqov adına “Mahirlər” ailə xalq ansamblının ifasında musiqilər səsləndirilib.

Nurəddin