Mərkəzi Aran RMİ-nin təşkilatçılığı ilə Ucar rayon Heydər Əliyev Mərkəzində Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, bədii qiraət ustası Ağalar Bayramovun 70 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

Mayın 17-də təşkil olunan tədbirdə əvvəlcə qiraət ustasının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

RMİ-nin rəisi Aydın Bəşirov Əməkdar artistin yaradıcılığı haqqında fikirlərini bölüşüb, yubileyi münasibətilə ona ən xoş arzularını çatdırıb.

Çıxış edənlər Ağalar Bayramovun bədii qiraətçi və pedaqoji fəaliyyətindən danışıblar.

Tədbir boyunca qiraət ustası tanınmış şairlərin şeirlərini səsləndirib. İncəsənət ustalarının ifalarında musiqilər təqdim olunub.

Sonda Mərkəzi Aran RMİ və Ucar Rayon İcra Hakimiyyəti tərəfindən Əməkdar artistə yubileyi münasibətilə fəxri fərmanlar təqdim edilib. Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl tərəfindən çəkilən rəsm əsəri yubilyara hədiyyə olunub.

Nurəddin