Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə 24-31 may tarixlərində Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.

Festival Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və başqa qurumların dəstəyi ilə təşkil olunub.

AMEA-nın parkında (Hüseyn Cavid prospekti) festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.

Layihə rəhbəri, BTMB-nin sədri Xəyal Rza bildirib ki, türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq. Festivalda eyni zamanda müxtəlif nəşriyyatların yeni nəşrləri təqdim ediləcək.

Lalə