Lənkəran Dövlət Universitetində (LDU) Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi (RMİ) ilə birgə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) 530 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov, LDU-nun rektoru professor Natiq İbrahimov, universitetin müəllim və tələbə heyəti, bölgənin incəsənət ustaları tədbirdə iştirak ediblər.
Ədəbi-bədii gecədə Füzulinin əsərlərinə bəstələnmiş musiqi nömrələri, şairin yaradıcılığından seçmə nümunələr universitet tələbələri və musiqiçilər tərəfindən ifa edilib.
Sonra tələbələrin söz ustadının yaradıcılığını əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.
Nurəddin