Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edir. Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə ötən il başlanan layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür.
Layihənin növbəti ünvanı Şəki şəhəri olub. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 22-23 may tarixlərində Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunub.
Sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları əhatə edib.