Son on ildə veb-səhifələrin dörddəbiri yoxa çıxıb
2013–2023-cü illər dövründə yaradılan bütün kontentin təxminən dörddəbiri, həmçinin 2013-cü ildə tədqiqata başlayan zaman mövcud olan saytların və veb-səhifələrin 38 faizi internetdə yoxa çıxıb. Sonrakı dövrə gəlincə, ötən il internetdə mövcud olmuş səhifələrin 8 faizi artıq əlçatan deyil, yaxud da kökündən dəyişdirilib.
Vaşinqtonda “Pew Research Center”in analitiklərinin apardıqları tədqiqatların dərc olunmuş nəticələri bunu sübut edir. Tədqiqatın aparılmasında məqsəd kontentin internetdə nə dərəcədə uzunömürlü olmamasını və bəşəriyyətin informasiyanın qorunmasını yalnız veb-saytlara etibar edəcəkləri təqdirdə bu məlumatı necə asanlıqla itirə biləcəklərini nümayiş etdirməkdir.
Araşdırma mərkəzinin ekspertləri tərəfindən məlumatların öyrənilməsi göstərib ki, cari ilin ilk üç ayında xəbər internet səhifələrinin 23 faizində və dövlət saytları səhifələrinin 21 faizində ən azı bir istinad etibarsız olub. Bundan başqa, vikipediyada səhifələrinin yarıdan çoxu – 54 faizi azı bir köhnəlmiş istinad daxil ediblər.
Son onillikdə veb-səhifələrin təhlili zamanı aşkar edilib ki, “Common Crawl” arxivlərindən 2023-cü ilin oktyabrında toplanan səhifələrin 25 faizi artıq əlçatmazdır. Onların 16 faizi aktiv saytlarda, 9 faizi isə saytların qapalı olması səbəbindən yoxa çıxıb.