Latviya Memorial Muzeylər Birliyinin direktoru Rita Meyner və latış yazıçısı Yanis Akuratersin Ev-Muzeyinin müdiri Mayra Valtere ölkəmizə səfər zamanı mayın 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil və Qara Qarayevin ev-muzeylərində olublar.

Qonaqlara Niyazinin və Qara Qarayevin həyat və yaradıcılıq yolu haqqında ətraflı məlumat verilib, əsərlərinin video və audioyazıları təqdim edilib.

Niyazinin Latviya ilə yaradıcılıq əlaqələrini əks etdirən eksponatlar onların xüsusi marağına səbəb olub.