Mayın 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Hüseynqulu Sarabski adına 7 saylı Musiqi məktəbinin birinci sinif şagirdlərinin iştirakı ilə bayram tədbiri keçirilib.

28 May – Müstəqillik Günü münasibətilə təşkil olunmuş tədbirdə 8 nömrəli tam orta məktəbin şagirdləri də qonaq qismində iştirak ediblər.

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova açılış nitqi söyləyib. Bildirib ki, müstəqilliyimiz bərpa edildikdən sonra hər il bu bayram ölkəmizdə böyük təntənə ilə qeyd olunur.

Məktəbin müəllimlərinin müşayiəti ilə şagirdlər müxtəlif musiqi alətlərində  Ü.Hacıbəylinin “Çırpınırdın, Qara dəniz”,  F.Əmirovun “Çeşmə başında”, Motsartın “Rondo”, M.Nəsirbəyovun “Mahnı”, A.Rzayevanın “Dəcəl buzovum”, R.Hacıyevin “Azərbaycanım” və s. əsərləri ifa ediblər.