Bu il istiqlalımızın, varisi olduğumuz Xalq Cümhuriyyətinin yaradıcılarından və ideya müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin 140, Əli bəy Hüseynzadənin isə 160 illik yubileyləri ilə də əlamətdardır.
Bu münasibətlə Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Azərbaycan istiqlalının iki mübarizi: Məhəmməd Əmin Rəsulzadə və Əli bəy Hüseynzadə” adlı tədbir keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Sənətşünaslıq fakültəsinin II kurs tələbələri Məhəmməd Hacıyev və Şahbikə Şahbazova mövzu üzrə məruzə ilə çıxış ediblər.
Sonda Dövlət Arxivində qorunan Cümhuriyyət Parlamenti iclaslarına aid protokolların surəti mərkəzin elmi arxivinə təqdim edilib.