Bakı Dövlət Sirki 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar Saatlı rayon Mədəniyyət Mərkəzində şou-proqramla çıxış edib.

Şən klounlar, illüziyaçı və akrobatlar, əhliləşdirilmiş itlər, halqalarla rəqs edən göyərçinlərlə təqdim olunan proqram maraqla qarşılanıb.

Şəhid övladlarının da izlədiyi şouda bir-birindən maraqlı, orijinal çıxışlar və nömrələr balacalarda unudulmaz təəssürat yaradıb.