Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Gəncə və gəncəlilər” layihəsini növbəti dəfə təqdim edəcək. Layihənin budəfəki təqdimatı görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynliyə (1916–1961) həsr olunacaq.
İyunun 1-də bəstəkarın əziz xatirəsinə həsr olunmuş “Ay işığında” adlı konsert proqramı keçiriləcək.
Gecədə bəstəkarın “Ay işığında”, “İlk məhəbbət”, “Tel nazik”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadıma”, “Gecələr uzanaydı”, “Dolanım başına” və digər mahnıları səsləndiriləcək.
***
Gəncə Dövlət Filarmoniyası 30 may – 1 iyun tarixlərində Qəmbər Hüseynli adına “Cücələrim” uşaq festivalı da keçirir.
Filarmoniyadan bildirilib ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət və Təhsil idarələrinin təşkilatçılığı ilə reallaşan festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.