Şamaxı rayon Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi Fatmaxanım Quliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Şamaxının icra başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və başqaları F.Quliyevanın ömür yolundan və fəaliyyətindən danışıblar.
Yubilyara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
F.Quliyeva fəaliyyətinə verilən dəyərə görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Bədii hissədə rayonun incəsənət kollektivləri nümayəndələrinin ifasında konsert proqramı təqdim olunub.