Bişkekdə "Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar" kitabı rus və ingilis dillərində çap edilib. Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondunun təşəbbüsü ilə işıq üzü görən kitab Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun alimləri tərəfindən hazırlanıb. Bu barədə məlumatı AMEA-dan veriblər. Kitabın baş məsləhətçisi Milli Məclisin spikeri Oqtay Əsədov, elmi redaktoru isə əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Kitab Y.Mahmudovun “Tarixin ən təhlükəli xülyası” sərlövhəli “Ön söz”ü ilə açılır. Kitabda XVIII əsrin ikinci yarısında İrəvan xanlığını əks etdirən Azərbaycan xəritəsi və ölkəmizin müxtəlif əsrlərə aid digər xəritələri verilib.
Turan