Gəncə Dövlət Milli Dram Teatrında türk dramaturqu Birgül Gülər Yaşıloğlunun "Qadınlar danışarsa" pyesi əsasında eyniadlı tamaşasının məşqləri gedir.

Səhnə işinin quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədov, quruluşçu rəssamı Mehdi Hüseynovdur.

Musiqi tərtibatlı tamaşada rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Kəmalə Məmmədova, Rahilə Məmmədova və aktrisa Sevinc Hüseynova ifa edirlər.

Real hadisələr əsasında qələmə alınmış pyesdə dörd müxtəlif xarakterli qadının taleyindən bəhs edilir.