Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən film layihələri müsabiqəsində tələbə filmləri kateqoriyaları üzrə qalib gələn layihələrin maliyyələşməsinə start verilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-Film” studiyasının “Starın hekayəsi”, “Şirin yuxu”, “Tullantılar dünyası”, “Ailə tablosu”, “Biçilmiş don”, “Çağrılmamış qonaq”, “İnam”, “Balıqçı kafesində görüş”, “Dəyişə bilməyən adam”, “Düşmüş mələk”, “Fundament”, “Mühafiz” filmləri tələbələr tərəfindən ərsəyə gətiriləcək.

Müsabiqənin tələbə filmləri kateqoriyaları üzrə kuratoru Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərovdur.