Azərbaycan Dövlət Kukla Teatrı 1–4 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında iştirak edib.
Gürcüstanın İncəsənət Araşdırmaları İnstitutunun UNESCO-nun Beynəlxalq Teatr İnstitutu ilə birgə təşkil etdiyi ənənəvi festivalda tamaşa nümayişləri ilə yanaşı ustad-dərsləri verilib, kukla sənəti mövzusunda məruzələr dinlənilib.
10-dan artıq ölkədən teatr kollektivlərinin qatıldığı sənət bayramında kuklaçılarımız “Məlikməmməd” (Azərbaycan xalq nağılı əsasında) tamaşası ilə çıxış ediblər.
Kollektiv bu tamaşanı azərbaycanlıların kompakt yaşadıqları Marneulidə də göstərib.
Məlumat üçün deyək ki, səfər Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında 2022-ci ildə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb.