Gənc rejissor Elvin Adıgözəlin ssenari müəllifi və rejissoru olduğu “Bağışla məni bu gecə” qısametrajlı bədii filmi Sivas Beynəlxalq Film Festivalında (Türkiyə) “Ən yaxşı film” kateqoriyasında mükafat qazanıb.

Ziya Ağa, Aydan Həsənova, Kamran Ağabalayev, İlqarə Tosovanın çəkildiyi filmin prodüseri Maria Yatskovadır.

Ekran işi ət fabrikində işləyən Fuadın aliment ödəməmək üçün keçmiş həyat yoldaşı ilə barışmaq istəyindən bəhs edir. Mənəvi-sosial problemləri maddi maraqlar fonunda ortaya qoyan film müasir insanın ümumi problemlərini konkret qəhrəmanların simasında təqdimata cəhddir.

Mükafat festivalda iştirak edən aktrisa İlqarə Tosovaya təqdim edilib.