Meksikada iyunun 2-də keçirilən prezident seçkilərində hakim Milli Yenidənqurma Hərəkatının lideri Klaudiya Şeynbaum qalib gəlib. İqtidaryönlü “Tarixi birlikdə yazaq” koalisiyasının namizədi Meksikanın 200 illik müstəqilliyi dövründə ali dövlət postuna seçilən ilk qadın olub.

Ətraf mühit və energetika üzrə alim olan K.Şeynbaum 2018–2023-cü illərdə Mexiko şəhərinin meri olub. O həmçinin iqlim dəyişikliyi üzrə Hökumətlərarası ekspert qrupunun üzvü kimi 2007-ci ildə Nobel sülh mükafatının kollektiv laureatlarından biridir.

Onu da qeyd edək ki, 62 yaşlı K.Şeynbaum yəhudi əsillidir. Ata tərəfdən qohumları 1920-ci illərdə Litvadan, ana tərəfdən qohumları isə 30-cu illərdə Bolqarıstandan Meksikaya mühacirət ediblər.