Şəki Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejissor Elvin Nuri tərəfindən yeni tamaşa hazırlanır. Xalq yazıçısı İlyas Əfəndiyevin müxtəlif teatrlarda, fərqli rejissor yozumlarında tamaşaya qoyulmuş “Sən həmişə mənimləsən” (“Boy çiçəyi”) əsəri bu dəfə Şəkidə səhnəyə çıxacaq.
İkihissəli lirik-psixoloji tənhalıq dramı kimi janr təsnifatı verilən tamaşanın masaarxası məşqləri gedir. Quruluşçu rəssam Sahib Əhmədov, geyim üzrə rəssam Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Səhnə işində Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aytac İsmayılzadə, Lalə Məmməd, Xəyal Salahov və Nərmin Abbasova rol alıblar.
Qeyd edək ki, premyera İlyas Əfəndiyevin 110 illik yubileyi münasibətilə cari mövsümün bağlanışına nəzərdə tutulub.