Gəncə Dövlət Milli Dram Teatrı isə yeni səhnə əsəri üçün türk dramaturqu Birgül Gülər Yaşıloğlunun yaradıcılığına müraciət edib. “Qadınlar danışsalar...” pyesi əsasında eyniadlı tamaşanın məşqləri gedir.

Səhnə işinin quruluşçu rejissoru teatrın baş rejissoru Prezident mükafatçısı Elşad Əhmədov, quruluşçu rəssamı Mehdi Hüseynovdur.

Musiqi tərtibatlı tamaşada rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Kəmalə Məmmədova, Rahilə Məmmədova və aktrisa Sevinc Hüseynova ifa edirlər.

Pyesdə dörd müxtəlif xarakterli qadının taleyindən bəhs edilir. Tamaşanın hazırkı sənət mövsümünün axırınadək təhvil verilməsi gözlənilir.