Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası ilə sənətsevərlərin görüşünə gələcək. Premyera iyunun 9-da keçiriləcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
Rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Gündüz Qasımov və başqaları ifa edəcəklər.
Tamaşada görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərindən, xalq musiqi nümunələrindən, eləcə də otuz ildən artıq Şuşa Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərmiş mərhum sənətkar, Əməkdar mədəniyyət işçisi tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunub.