Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Gəncə və gəncəlilər” layihəsini növbəti dəfə təqdim edib.
Layihənin budəfəki təqdimatı görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynliyə (1916–1961) həsr olunub.
Bəstəkarın mahnılarından ibarət “Ay işığında” adlı konsert proqramında Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Tağıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vüsal Namazov, Zəminə Nuriyeva, Azər Verdiyev, Samirə Hacıyeva çıxış ediblər.
Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının müşayiəti ilə “Xəyali rəqs”, “Ömrümün yazısan”, “Tellər oynadı”, “Gəlmədin”, “İlk məhəbbət”, “Söz olur”, “Ay işığında” və digər mahnılar səsləndirilib.
Nurəddin